"Bakı"nın qırmızı vərəqə alan futbolçusu: "Söyüş söymüşdüm, amma ..."

00:02 - 30 Mart 2014

"Komanda yoldaşlarıma təşəkkür edirəm"
 
"Simurq"la oyunda layiqli qələbə qazandıq. Komanda yoldaşlarıma təşəkkür edirəm, azlıqda olmağımıza baxmayaraq, sona qədər mübarizə apardılar".
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Bakı"nın yarımmüdafiəçisi Vüqar Mustafayev açıqlamasında bildirib. O, "Simurq"la oyunda aldığı qırmız vərəqə aldığı  epizoda münasibət bildirib:
 
"Həmin epizoddan sonra rəqibin futbolçusu məni söydü, mən də qayıtdım ona söydüm. Ancaq hakim təkcə məni meydandan uzaqlaşdırdı. Vərəqə verirdisə, hər ikimizə verərdi. Bundan əlavə də rəqib futbolçularının çoxu meydanda söyüş söydü. Bilmirəm nə deyim?"

Xəbər xətti