Qurban Qurbanov: "Hər an surprizlər ola bilər"

20:14 - 30 Mart 2014

"Azarkeşlərimizə təşəkkür edirəm ki, sona qədər bizi dəstəklədilər"

 

"Maraqlı oyun oldu, baxmayaraq ki, belə hava şəraitində oynadıq, meydanda daha çox mübarizə gedirdi. Bizdə qələbə istəyi daha çox idi.. vacib üç xalı qazandıq. Azarkeşlərimizə təşəkkür edirəm ki, sona qədər bizi dəstəklədilər".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşçisi Qurban Qurbanov bildirib. O, hər an xal itkisi iləüzləşə biləcəklərini də deyib.

 

"Bizim çempionatda xal itirdiyimiz oyunlar olub, elə olur ki, sonuncu pillələrdəki komandalara qarşı xal itkiləri ilə üzləşə bilərik. Hər bir rəqib bizdən xaql almaq potensialına malikdir. Futboldur, surprizlər ola bilər. Ona görə, hər oyundan  sonra daha da ciddi hazırlaşırıq"

Xəbər xətti