Andrey Popoviç: "Oluremi hiylə işlətdi, ancaq alınmadı"

10:53 - 31 Mart 2014

"Laşa o mövqedən yüz dəfə zərbə vursa, dəqiq alınmaz"
 
AZAL-la qarşılaşmada “Sumqayıt”ın heyətində oyunun qəhramanlarından biri də qapıçı Andrey Popoviç idi. 21 yaşlılardan ibarət millimizin üzvü Con Oleremenin penalti zərbəsini dəf edərək “təyyarəçilər”in fasiləyə üstün yollanmasına imkan vermədi. Gənc qolkiper qarşılaşmayla bağlı fikirlərini Sportal.az-a açıqlayıb: 
 
“AZAL oyuna daha yaxşı başladı. Heç gözləmədiyim anda qapımızda qol gördük. Belə zərbələr nadir hallarda dəqiq alınır. Laşa o mövqedən yüz dəfə zərbə vursa, dəqiq alınmaz. Görünür, bu dəfə top onun ayağına yaxşı oturdu. Erkən qol buraxmağım məni bir qədər üzdü. Ancaq tez toparlanıb bərabərlik qolunu vurduq.
 
Con Oluremi penaltini vuranda hiylə işlətmək istədi. Lakin belə manevrlə məni aldatmaq çətindir. Bəzən belə aldadıcı hərəkətlər futbolçunun əleyhinə işləyir. Bəlkə bu üzdən onun zərbəsi istənilən kimi alınmadı. O güman edirdi ki, zərbədən əvvəl topa gedəcəyəm. Lakin gözlədim onun vurduğu səmtə tullandım. Deməzdim ki, oyunun qəhrmanı mənəm. AZAL üzərində qələbəni komanda olaraq qazandıq. Artiq bu oyunu yaddan çıxarıb qarşıdakı tura hazırlaşmalıyıq. Əgər mövsümü sonuncu pillədə başa vurmaq istəmiriksə, nəvbəti oyunlarda da qələbə qazanmaq lazımdır”. 

Xəbər xətti