Fazil Qarayev: "Futboldan bixəbər adamlar çox şeylər yazır" VİDEO

12:38 - 31 Mart 2014

"Təhsil Kuboku"nun püşkü atıldı 

 

Azərbaycan Tələbə Futbol Federasiyasının (ATFF) Təhsil Nazirliyilə birgə təşkil etdiyi "Təhsil kuboku"nun püşkatma mərasimi keçirilib. Sportal.az xəbər verir ki, mərasim AFFA-nın konfrans zalında təşkil olunub. Tədbirdə ATFF-nin prezidenti Fazil Qarayev, federasiyanın vitse-prezidentləri Oqtay Abdullayev və Nadir Əliyev, baş katib Əfqan Həmzəyev, İcraiyyə Komitəsinin üzvləri, ali təhsil məktəblərinin komandalarının nümayəndələri və jurnalistlər iştirak ediblər.

 

A qrupunda Bakı Dövlət Universiteti, Bakı Avrasiya Universiteti, Qərb Universiteti, Bakı Slavyan Universiteti 

 

B qrupunda Azərbaycan Texniki Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Xəzər Universiteti 

 

C qrupunda Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisadiyyat Universiteti, Sumqayıt Dövlət Universiteti, Təfəkkür Universiteti 

 

D qrupunda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası, Azərbaycan Dövlət İdarəçilik Akademiyası

 

E qrupunda Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft Kimya Akademiyası, Fövqəladə Hallar Akademiyası

 

F qrupunda isə Qafqaz Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının komandası yer alıb.

 

Xəbər xətti