Azarkeşlər Ançelottidən nəyi tələb etdilər ?

20:23 - 31 Mart 2014

Lopes "Real"dan gedə bilər
 
“Real”ın baş məşqçisi Karlo Ançelottinin qapını Dieqo Lopesə etibar etməsini azarkeşlər narazılıqla qarşılayıblar.
 
Sportal.az xəbər verir ki, madridli fanatlar “çərçivədə” klubun simvolu İker Kasilyasın yer almasını tələb edirlər. Odur ki, hər oyundan əvvəl azarkeşlər rəhbərliyə və baş məşqçiyə təzyiqlər göstərərək məsələni yoluna qoymağa çalışırlar. Bu təzyiqlərə səbəb olduğunu görən Dieqo Lopes isə mövsümün sonunda “Real”la yollarını ayırmaq qərarına gəlib. İspaniya mətbuatının yaydığı xəbərə görə, qolkiperi İtaliyanın “Milan” və “Napoli” klubları heyətinə qatmaq istəyir.  Madrid təmsilçisi ilə 2017-ci ilə qədər müqaviləsi olan Lopesin transfer qiyməti 10 milyon avro dəyərləndirilir.              
 

Xəbər xətti