29-cu turun iki oyunu canlı yayımda

11:03 - 1 Aprel 2014

Bölgə derbisi kölgədə qaldı
 
Premyer Liqanın XXIX turunun iki qarşılaşması canlı yayımlanacaq.
 
Sportal.az xəbər verir ki, hər iki matçı "İdman Azərbaycan" efirə verəcək.
 
Kanal aprelin 5-də saat 17.00-da başlayacaq AZAL - "Qarabağ" oyununu yayımlayacaq. Bir gün sonra isə "Neftçi" - "Bakı" matçı azarkeşlərə təqdim olunacaq.
 
Bu qarşılaşmanın start fiti saat 15.30-da çalınacaq. Qeyd edək ki, bu tur həmçinin "Rəvan" - "Sumqayıt" (4 aprel), "Xəzər Lənkəran" - "Qəbələ" (5 aprel) və "Simurq" - "İnter" (6 aprel) oyunları yayımlanacaq. Hələlik bu matçlardan heç biri proqrama salınmayıb.

Xəbər xətti