"Sumqayıt"da bir cəzalı, iki zədəli

17:31 - 1 Aprel 2014

"Rəvan"la matçöncəsi problemlər
 
Premyer Liqanın 29-cu turunda "Sumqayıt" səfərdə "Rəvan"ın qonağı olacaq.
 
Sportal.az xəbər verir ki, Aqil Məmmədov bu görüşdə bir neçə futbolçunun xidmətindən yararlana bilməyəcək.
 
Belə ki, Pərdis Fərcad-Azad və Elşad Manafov zədədən əziyyət çəkir. Onların oyun gününə qədər hazır olacağı isə məlum deyil. Bundan başqa Bəxtiyar Həsənəlizadə sarı vərəqə limitini doldurduğu üçün bu qarşılaşmanı tribunadan izləyəcək.
 
Qeyd edək ki, "Rəvan" - "Sumqayıt" matçı aprelin 4-də baş tutacaq.

Xəbər xətti