"Barselona"nın zədəlisindən şok xəbər

12:00 - 2 Aprel 2014

Pike 4 həftə oynaya bilməyəcək
 
"Barselona”nın müdafiəçisi Jerard Pike sıradan çıxıb.
 
Sportal.az xəbər verir ki, Çempionlar Liqasında “Atletiko” ilə oyunda zədələnən mərkəz müdafiəçisi 4 həftə yaşıl meydanlarda görünməyəcək.
 
Pike oyun epizodlarından birində uğursuz yıxılıb. Həkim müayinəsi onun bel sümüyündə çat olduğunu müəyyən edib. 27 yaşlı futbolçu oyuna davam edə bilmədiyindən, Mark Bartra ilə əvəzlənib.
 
Xatırladaq ki, "Barselona" -"Atletiko" oyunu 1-1 hesabı ilə başa çatıb.

Xəbər xətti