Abdullayev: "Bu estafeti qarşıdakı matçda da davam etdirəcəyimizə inanıram"

12:39 - 2 Aprel 2014

"Bu səhvləri qarşıdakı matçda təkrarlamayacağımıza çalışacağıq"
 
"İlk dövrədə keçirdiyimiz oyunda bir çox qol imkanını əldən verdik və məğlub olduq. Bu səhvləri qarşıdakı matçda təkrarlamayacağımıza çalışacağıq".
 
Sportal.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan" PFK-nın baş məşqçisi Əsgər Abdullayev klubun rəsmi saytına açıqlamasında bildirib.    Aprelin 5-də doğma arenada "Neftçala"nı qəbul edəcək "qırmızı-ağlar" bu görüşə ciddi hazırlaşır. Belə ki, matçda əldə ediləcək qələbə komandanın çempionluğunu təmin də edə bilər. Oyun barədə baş məşqçi Əsgər Abdullayev bu sözləri dilə gətirib:
 
"Biz çempionat ərzində bütün oyunlara eyni tərzdə hazırlaşmışıq. Elə "Neftçala" matçı da istisna deyil. Çünki biz rəqiblər arasında fərq qoymuruq: istər bu "Göyəzən" olsun, istərsə də "Neftçala". Əsas olan komandamın qələbə qazanmasıdı. Bu görüşün bizim üçün sadəcə əhəmiyyəti ondan ibarətdir ki, qələbə qazanıb çempionluq yolunda daha bir addım atmaqdır. Cari mövsümdə doğma arenada məğlub olmamışıq, bu estafeti qarşıdakı matçda da davam etdirəcəyimizə inanıram". 

Xəbər xətti