"Araz Naxçıvan" stadionunu dəyişdi FOTO

14:54 - 3 Aprel 2014

Qar Naxçıvan təmsilçisinin planlarını pozdu
 
Azərbaycan I Divizionunun 24-cü turunda "Neftçala"nı qəbul edəcək "Araz-Naxçıvan" PFK məşqlərinə ara vermədən davam edir.
 
Sportal.az xəbər verir ki, ötən həftə Naxçıvana yağan qar səbəbindən komanda stadionunu dəyişmək məcburiyyətində qalıb.
 
Belə ki, "qırmızı-ağlar" məşqlərini Sərhəd Qoşunlarına məxsus olan arenada davam etdirir. Çox güman ki, komanda oyun gününədək bu stadiondan yararlanacaq.
 

Xəbər xətti