"Neftçi"də "Bakı" ilə matçöncəsi iki ciddi itki

17:14 - 3 Aprel 2014

Betuççi bu oyunu buraxmalı olacaq
 
Premyer Liqanın 29-cu turunda "Neftçi" doğma meydanda "Bakı"nı qəbul edəcək.
 
Klubun mətbuat xidmətindən Sportal.az-a verilən məlumata görə, komanda bu oyuna iki itki ilə çıxacaq. Belə ki, "Rəvan"la matçda zədələnən Bahodır Nasimov hələ də zədədən əziyyət çəkir, digər futbolçu isə çempionatın hesabat turunda "Xəzər Lənkəran"la qarşılaşmada sarı vərəqə alan Bruno Bertuççidir. O, aldığı sarı vərəqə ilə cəzalı duruma düşüb. 

Xəbər xətti