"İlk dövrədə məğlubiyyətin də əvəzini artıqlaması ilə çıxmaq istəyirik"

18:30 - 3 Aprel 2014

Elgün Abbaslı: "Çempion olmaq istəyən komanda, düşünrəm ki, bu nüansa fikir verməlidi"
 
Məlum olduğu kimi "Araz-Naxçıvan" PFK Azərbaycan I Divizionunun 24-cü turu çərçivəsində doğma azarkeşləri önündə "Neftçala"nı qəbul edəcək.
 
Sportal.az xəbər verir ki, artıq komanda bu görüşün hazırlıqlarına ara vermədən davam edir. İlk dövrədə məğlub olan "qırmızı-ağlar" bu dəfə rəqibdən məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar. Muxtar respublika təmsilçisinin üzvü Elgün Abbaslı klubun rəsmi saytına açıqlamasında bu görüşün əhəmiyyətindən danışıb:
 
  "Əslində, biz bütün görüşlərə qələbə əzmi ilə çıxırıq. Çempion olmaq istəyən komanda, düşünrəm ki, bu nüansa fikir verməlidi. Aprelin 5-də keçirəcəyimiz oyun bizim üçün böyük əhəmiyyət kəsb edir. Çünki bu matçda qələbə qazanıb çempionluq yolunda daha bir addım atmaq istəyirik. Həmçinin, ilk dövrədə məğlubiyyətin də əvəzini artıqlaması ilə çıxmaq istəyirik. Baş məşqçimiz bu görüşdə mənə şans verərsə, meydana çıxıb bütün gücümlə oynayacam və komandamın qələbə qazanmasında pay sahibi olmağa çalışacam".

Xəbər xətti