"Biz Rövnəq Abdullayevin açıqlamasından əvvəl bunu istəyirdik" MÜSAHİBƏ

11:01 - 4 Aprel 2014

Ruslan Nəsirli: "Xüsusi ilə, Çertaqanov mənə çox kömək edir"
 
"Sumqayıt"ın gənc futbolçusu Ruslan Nəsirlinin Sportal.az-a müsahibəsi
 
- “Rəvan”la oyuna hazırlıq necə gedir ?
- Hər şey yolundadır, məşqlərdə daha da ciddi yanaşırıq. Bu oyun bizim üçün çox vacibdir, qələbə qazansaq, sonuncu pillədən qurtula bilərik. Əsas məqsədimizdə budur.
 
- Bir ara səni əsas heyətdə görsək də, hazırda ehtiyyatda əyləşirsən...
- Bəli, bir müddət oynadım, lakin sonra xəstələndim və formadan düşdüm. Ancaq indi yaxşıyam və çalışıram ki, əvvəlki formamı qaytarım.
 
- “Rəvan”la oyunda digər hücumçu Pərdis Fərcad Azad zədəlidir,yəqin ki, sənə şans veriləcək. Özünü oynamağa hazır sayırsan ?
- Əlbəttə ki, hazıram. Demək olar ki, əvvəlki formamı yığmışam. Baş məşqçi şans versə, meydanda əlimdən gələni edəcəm. Bu oyunda qol vurmağı çox istəyirəm.
 
- Komandanın gənc futbolçularından birisən. Digər komanda yoldaşlarından nəsə götürə bilirsən ?
- Əlbəttə, həmişə çalışmışam ki, təcrübəli futbolçulardan nəsə öyrənim. Onlar da sağ olsunlar, mənə çox kömək edirlər. Xüsusi ilə, Çertaqanov həmişə mənə dəstək verir.
 
- AFFA prezidenti Rövnəq Abdullayev açıqlamasında bildirib ki, ola bilsin ki, bu mövsüm sonuncu pillədə qərarlaşan komanda əsas liqanı tərk edəcək. Bu açıqlama komandaya necə təsir edəcək ?
- Biz bu açıqlamadan qabaq sonuncu pilləni tərk etmək istəyirdik. “Rəvan”la oyunda da bunu bacaracığımıza inanırıq. 
 
- Artıq “Sumqayıt”da oynayıb təcrübə yığmısan. Daha iddialı komandaya keçəcəksən, yoxsa “Sumqayıt”da qalıb bir az da təcrübə yığacaqsan ?
- Hər bir futbolçu istəyər ki, daha iddialı komandada forma geyinsin. Bu barədə hələ ki, fikirləşmirəm. Hazırda bütün diqqətimi komandaya yönəltmişəm və çalışıram ki, daha çox təcrübə yığım. 
 
Yusif HÜSEYN

Xəbər xətti