"Qarabağ" çempion olsa, Braziliyaya gedəcəm" MÜSAHİBƏ

15:26 - 4 Aprel 2014

İbrahim Sehiç: "Elə də ciddi səhvlərə yol verməmişəm"

 
"Qarabağ"ın qapıçısı İbrahim Sehiçin Sportal.az-a müsahibəsi:
 
- Son turda digər iddialı rəqib “Qəbələ”ni darmadağın etdiniz..
- Maraqlı oyun oldu. Belə qarlı havada oynamaq bizim üçün çox çətin oldu. Bizim üçün elə də fərqi yoxdur hesab 2:0 və ya 3:0 olsun, amma bu o demək deyil ki, əlimizə düşən fürsətlərdən istiadə etməyək. Bizim üçün əsas məqsəd 3 xal idi onu da qazandıq. 
 
- Belə hava şəraitində qapıçıların işi daha da çətin olur...
- Əlbəttə, bəzən topu istədiyim kimi oyuna daxil edə bilmirdim. Hava toplarında daha diqqətli olmağım lazım idi, çünki top hər an əlimdən çıxa bilərdi. Şükürlər olsun, elə bir ciddi səhvə yol vermədim. Komanda olaraq, yaxşı oyun sərgiləyib qələbə qazandıq.
 
- “Qarabağ”ı çempionluq münasibəti ilə təbrik edə bilərik ?
- İnşallah, çempion olacağıq. Ancaq biz hələ çempionluğu qeyd etmirik, yalnız növbəti oyunlara hazırlaşıb qələbə qazanmağa çalışacağıq. İkinci pillə ilə aramızda 10 xal fərqin olması bizi qətiyyən arxaynlaşdırmır.
 
- Sabah Premyer Liqanın 30-cu turunda  AZAL-la qarşılaşacaqsınız..
- Bizi ağır oyun gözləyir.  AZAL-la 3 dəfə qarşılaşmışıq, bu oyunların yalnız birində qələbə qazanmışıq. Bu oyuna da sırf qələbə üçün çıxacağıq. Rəqibin də baş məşqçisi yenidir, o da bizlə oyuna qələbə üçün çıxacaq.
 
- Çempionatda az qol buraxan qapıçılardan birisən..
- Bəzən elə olur ki, çox top buraxırsan, bəzən isə buraxmarsan. Şükürlər olun ki, bura gələndən istədiyim kimi dayanıram, yəni elə də ciddi səhvlərə yol verməmişəm. Az qol buraxmağımda təkcə mənim yox, bütün komandanın əziyyəti var.
 
- Artıq DÇ-2014-ün başlamasına qısa müddət qalıb. Milllinizin baş məşqçisi ilə söhbətin olub ?
- Bəli, məni çağırıb birlikdə söhbət etdik. Mənə dedi ki, səni milli komandaya dəvət etmək isəyirəm.  Fikirləşirəm ki, “Qarabağ” çempion olsa, mən Braziliyaya gedəcəm və mundialda iştirak edəcəm.
 
Yusif HÜSEYN

Xəbər xətti