"Qarabağ" iki pillə gerilədi

16:24 - 4 Aprel 2014

Ağdam təmsilçisi "Liverpul"u qabaqlayıb

 
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının yeni reytinq cədvəlini açıqlayıb.
 
Sportal.az xəbər verir ki, 200 klubun yer aldığı siyahıda Azərbaycanı yenə bir komanda təmsil edir.
 
Ötən ayla müqayisədə 2 pillə geriləyən "Qarabağ" klubu 112-ci pillədə qərarlaşıb. Aktivində 126 xal olan Ağdam təmsilçisi Serbiyanın "Voyvodina" klubu ilə eyni pilləni bölüşür. Qurban Qurbanovun komandası dünya reytinqində "Liverpul" (131), "Everton" (133), "Monako" (136), "Atletik" (Bilbao, 146), "Volfsburq" (154) kimi komandaları geridə qoyub.  
 
Siyahıya isə ötən mövsüm bütün titulları qazanan "Bavariya" klubu 383 xalla başçılıq edir.  

Xəbər xətti