"Qəbələ"nin Lənkərana 12-ci səfəri

12:00 - 5 Aprel 2014

"Qəbələ" 5, "Xəzər Lənkəran" 12 dəfə qələbə qazanıb

 
Premyer Liqanın mükafatçıları sırasına düşmək uğrunda mübarizə aparan “Qəbələ” XXIX turda “Xəzər Lənkəran”la görüşəcək.
 
Sportal.az xəbər verir ki, Yuri Syominin komandası ölkə kubokunun yarımfinalındakı rəqibi ilə səfərdə qarşılaşacaq. 
 
Son iki mövsümdə baş tutan 5 qarşılaşmada cəmi 1 dəfə rəqibinə uduzan “qırmızı-qaralar” səfərdə uğur qazanmaq iddiasındadır.
 
Bu matç rəqiblər arasında ümumilikdə 24-cü oyun olacaq. Premyer Liqada 21, kubokda 2 dəfə üz-üzə gələn komandaların oyunlarında “Qəbələ” 5 qələbə qazanıb. Lənkəran təmsilçisinin hesabında isə 12 qələbə var. Digər 6 qarşılaşmada qalib müəyyənləşməyib. 55 qolun vurulduğu matçlarda cənublular daha məhsuldar olub – 34:21.
 
“Qəbələ”nin hücumçularından biri Yannik Kamanan “Xəzər Lənkəran”la oyunlarda komanda yoldaşlarından daha çox – 3 dəfə fərqlənib. Son görüşdə dubl müəllifi olan Daniel Subotiç, həmçinin Lyubo Baranin və Turnike Aptsiauri isə hərəyə 2 dəfə cənubluların qapısına qol vurub.
 
Son 3 Lənkəran səfərində uduzmayan “Qəbələ” uğurlu seriyanı davam etdirməyə çalışacaq. Ümumilikdə isə 11 dəfə duellərə “Xəzər Lənkəran” ev sahibliyi edib. Bu oyunlarda meydan sahibləri 6, qonaqlar 1 qələbə əldə edib. 4 görüşdə isə tərəflər “sülh”lə ayrılıblar. Cənublular evdə 18 qol vurub və 8-ni buraxıb.
 
Çempionatdakı 21 görüşdə isə “Xəzər Lənkəran” 11, “Qəbələ” 5 dəfə 3 xal qazanıb. 5 dəfə bərabərliklə ayrılan rəqiblərin duellərində 49 qol vurulub. Lənkəranda vurulacaq ilk top bu matçlarda yubiley – 50-ci top olacaq. “Qırmızı-qaralar” 19, “ağ-yaşıllar” isə 30 dəfə fərqlənib.
 
 
2006/07. Premyer Liqa
09.12.2006. Xəzər Lənkəran - Gilan (Qəbələ) - 4:0
Rəşad Abdullayev, 17, 67, Zaur Ramazanov, 59, İlqar Qurbanov, 78
 
2006/07. Premyer Liqa
23.05.2007. Gilan (Qəbələ) - Xəzər Lənkəran - 0:3
Emin Quliyev, 5, Rəşad Abdullayev, 22, Zaur Ramazanov, 41
 
2007/08. Premyer Liqa
30.09.2007. Xəzər Lənkəran - Qəbələ - 2:1
Zaur Ramazanov, 24, Emin Quliyev, 90+2 - Turnike Aptsiaupi, 39
 
2007/08. Premyer Liqa
05.04.2008. Qəbələ - Xəzər Lənkəran - 1:1
Camal Məmmədov, 73 - Zaur Ramazanov, 8.
 
2007/08. Azərbaycan kuboku, ½ final
09.04.2008. Qəbələ - Xəzər Lənkəran - 1:3
İbrahim Hüseynov, 75 - Zaur Ramazanov, 12, 56, İrakli Vaşakidze, 15-öz qapısına
 
2007/08. Azərbaycan kuboku, ½ final
23.04.2008. Xəzər Lənkəran - Qəbələ - 1:1
Rahid Əmirquliyev, 79 - Abdulkader Kamara, 35
 
2008/09. Premyer Liqa
15.11.2008. Qəbələ - Xəzər Lənkəran - 0:1
Rəşad Abdullayev, 48
 
2008/09. Premyer Liqa
03.05.2009. Xəzər Lənkəran - Qəbələ - 1:2
İvan Çvetkov, 25 - Tornike Aptsiauri, 76 Anatoli Ostap, 79 (pen.)
 
2009/10. Premyer Liqa
19.09.2009. Qəbələ - Xəzər Lənkəran - 1:1
İqor Melnik, 88 - Mario Souza, 26
 
2009/10. Premyer Liqa
19.12.2009. Xəzər Lənkəran - Qəbələ - 1:0
Rahid Əmirquliyev, 52
 
2009/10. Premyer Liqa
12.03.2010. Xəzər Lənkəran - Qəbələ - 4:1
Allan Lalin, 22; 59; Emeka Opara, 75; Denis Kalinkov, 90 - Milan Antiç, 81
 
2009/10. Premyer Liqa
17.04.2010. Qəbələ - Xəzər Lənkəran - 1:2
Tomaş Stolpa, 37 - Allan Lalin, 9; Emeka Opara, 53
 
2010/11. Premyer Liqa
07.08.2010. Xəzər Lənkəran - Qəbələ - 1:0
Elvin Beqiri, 75
 
2010/11. Premyer Liqa
06.11.2010. Qəbələ - Xəzər Lənkəran - 1:0
Lyubo Baranin, 35
 
2011/12. Premyer Liqa
23.09.2011. Xəzər Lənkəran - Qəbələ - 2:1
Antonio Semedo, 40; Elnur Abdullayev, 64 - Lyubo Baranin, 68
 
2011/12. Premyer Liqa
21.02.2012. Qəbələ - Xəzər Lənkəran - 2:1
Aleksandr Çertoqanov, 41; Deon Barton, 90+2 - Rahid Əmirquliyev, 26
 
2011/12. Premyer Liqa
07.04.2012. Qəbələ - Xəzər Lənkəran - 0:1
Branimir Subaşiç, 3
 
2011/12. Premyer Liqa
05.05.2012. Xəzər Lənkəran - Qəbələ - 1:1
Adrian Pit, 59 - Viktor Mendi, 87
 
2012/13. Premyer Liqa
21.10.2012. Xəzər Lənkəran - Qəbələ - 1:1
Roberto Alviz, 76 (pen.) - Yannik Kamanan, 22
 
2012/13. Premyer Liqa
23.02.2013. Qəbələ - Xəzər Lənkəran - 2:0
Yannik Kamanan, 1; 88
 
2013/14. Premyer Liqa
31.08.2013. Qəbələ - Xəzər Lənkəran - 2:0
Leonardo da Silva, 40; Lorenso Ebesilio, 67
 
2013/14. Premyer Liqa
10.11.2013. Xəzər Lənkəran – Qəbələ - 0:0
 
2013/14. Premyer Liqa
15.02.2014. Qəbələ - Xəzər Lənkəran - 2:3
Daniel Subotiç, 25, 65 - Sadio Tounkara, 52; Etame Mbilla, 56, 84

 

Xəbər xətti