Autsayderlərin duelində qalib müəyyənləşmədi, XL qələbə həsrətinə son qoydu, "Qarabağ" çempionluğa bir addım da yaxınlaşdı

19:57 - 5 Aprel 2014

Autsayderlərin görüşündə qalib müəyyənləşmədi

 
Bu gün Azərbaycan Premyer Liqasında 29-cu tura start verilir.
 
Sportal.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutacaq.
 
"Bayıl Arena"da iki autsayder - "Rəvan"la "Sumqayıt" üz-üzə gələcək. Lider "Qarabağ" mövsümün uğursuz komandalarından olan AZAL-ın qonağı olacaq. Günün son matçında isə "Xəzər Lənkəran" doğma meydanda "Qəbələ" ilə münasibətlərinə aydınlıq gətirəcək.
 
 
5 aprel (şənbə)
 
17:00. "Rəvan" - "Sumqayıt" 1:1
Qollar: Tyeqo,70 -  Məhəmməd Qurbanov, 25
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Tahir Əhmədov.
Bakı. “Bayıl Arena”.
 
17:00. AZAL - "Qarabağ" 0:2 
Qollar: Reynaldo,23, Almeyda,59
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Fariz Yusifov.
Bakı. “AZAL Arena”.
 
18:00. "Xəzər Lənkəran" - "Qəbələ" 1:0 
Qol: Mbilla Etame, 71
Hakimlər: Rauf Cabbarov, Mehman Mahmudov, Rza Məmmədov, Nail Nağıyev.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ömər Paşayev.
Lənkəran. “Xəzər Lənkəran” mərkəzi stadionu.

Xəbər xətti