"Bu materialla oyun udmaq çətindir"

19:06 - 5 Aprel 2014

Əhmədov: "Komandanın oyununda irəliləyiş var"
 
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov "Qarabağ"la oyun haqda danışıb.
 
Sportal.az Əhmədovun fikirlərini təqdim edir:
 
"Hər oyuna qələbə üçün çıxmışdıq. Oyunçuları kökləmişdik ki, nə qədər bacarsaq, qol vuraq. İmkanlarımız da var idi, Amma təcrübəsizlik öz sözünü dedi. "Qarabağ" da çətin rəqibdir, Boş bir yer tapa bilmirdik ki, həmin yerdən istifadə edək. əlimizdə material da kifayət qədər deyil, biz də elə bir futbolçu yoxdur ki, oyunu dəyişsin. Məsələn, Cavid yorulmuşdu, onu kimlə əvəzləyəcəyimizi bilmirdik. Komandanın oyununda irəliləyiş var. Mən hücum futbolu oynayıram, bu materialla oyun udmaq çətindir"

Xəbər xətti