"O, AZAL-la oyunda qəhrəmana, bu gün isə antiqəhrəmana çevirldi"

19:29 - 5 Aprel 2014

Aqil Məmmədov: "İki fərqli hissə izlədik"

 
"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Premyer Liqanın 29-cu turu çərçivəsində "Rəvan"a qarşı keçirdikləri oyunu şərh edib.
 
Sportal.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
 
"Maraqı oyun oldu. İki fərqli hissə izlədik. Birinci hissədə komandamızın, ikinci yarıda rəqibi üstünlüyü daha çox idi. Fasilədən sonra rəqib bizi geri çəkilməyə məcbur etdi. Andrey Popoviçin səhvindən qol buraxdıq. Lakin heç-heçəni təkcə qapıçının adına yazmazdım. O, AZAL-la oyunda qəhrəmana, bu gün isə antiqəhrəmana çevirldi". 

Xəbər xətti