Yurgen Klopp uçmağı öyrənir FOTO

"Borussiya"nın baş məşqçisindən qeyri-adi qol sevinci 
 
Dortmund “Borussiya”sının baş məşqçisi Yurgen Klopp “Volfsburq” üzərində qələbə topuna uçmaqla sevinib. 
 
Sportal.az xəbər verir ki, Bundesliqasının 29-cu turunda doğma divarlar arasında “Volfsburq”u qəbul edən Dortmund təmsilçisi çətinliklə olsa da, rəqibini məğlub edib. 34-cü dəqiqədə İviça Oliçin vurduğu qolla qonaqlar fasiləyə üstün yollansalar belə, meydan sahibləri sonda istədiyinə nail olublar.
 
51-ci dəqiqədə “Borussiya”nın polşalı hücumçusu Levandovski hesabı bərabərləşdirib. Matçın başa çatmasına 13 dəqiqə qalmış Dortmund təmsilçisinə qələbəni Mark Roys bəxş edib. Məhz onun qoluna baş məşqçi Yurgen Klopp havada uçmaqla sevinib. Almaniyalı mütəxəssisin qola qeyri-adi sevinci də fotoreportyorların obyektivindən qaçmayıb. 
Tarix: 6 Aprel [11:06]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 İyun 2019
17  İyun 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio