Futbolumuzda növbəti biabırçılıq: Komanda oyuna gəlmədi

15:55 - 6 Aprel 2014

"Bakılı" Qusara getməkdən imtina etdi

 
Bu gün Azərbaycan I Divizionunda saat 15.00-da baş tutmalı olan "Şahdağ" - "Bakılı" qarılaşması əsl biabırçılığa səhnə olub. 
 
Sportal.az xəbər verir ki, matçın başlama fiti səslənsə də, qonaq komanda olan "Bakılı" ümumiyyətlə oyuna gəlməyib. Baş hakim Ömər Paşayev start fiti səsləndirdikdən dərhal sonra oyunun bitməsi ilə bağlı fitini də sələndirib. Böyük ehtimalla "Bakılı" komandasına texniki məğlubiyyət veriləcək.
 
 
mənbə: futbol11.az

Xəbər xətti