Hacıyevdən Sadiqova növbəti zərbə

16:50 - 6 Aprel 2014

Kapitanlıq Şükürova verildi

 
“Neftçi” baş məşqçisi Böyükağa Hacıyev təcrübəli futbolçu Rəşad Sadiqova daha bir zərbə vurub. 
 
Sportal.az xəbər verir ki, bir müddət öncə Hacıyevin qərarı ilə əvəzedici heyətə göndərilən Sadiqov geri qaytarılsa da, kapitanlıqdan məhrum edilib.
 
 
Sadiqov bu gün “Neftçi”nin “Bakı”ya qarşı keçirdiyi oyunda start heyətində meydançaya çıxıb. Amma komandanı kapitan kimi oyuna Rəşad yox, Mahir Şükürov çıxarıb.

Xəbər xətti