Pantiç: "Söz tapa bilmirəm"

18:07 - 6 Aprel 2014

"Barselona"nı gətirsəniz burdan xal apara bilməz"

 
Premyer Liqanın 29-cu turu çərçivəsində keçirilən "Neftçi" - "Bakı" (1-0) qarşılaşmasından sonra "Bakı" klubunun baş məşqçisi Milinko Pantiç məğlub olduqları oyunu şərh edib.
 
Sportal.az mütəxəssisin fikirlərini təqdim edir: 
 
"Oyundan sonra söz tapa bilmirəm. Futbolçularımız yaxşı oynadılar. İlk hissədə yaxşı oynadıq. İkinci hissədə Flavinyoya kart verilməməsi, gedişatı dəyişdi. "Barselona"nı gətirsəniz burdan xal apara bilməz".
 
Jurnalistlərin "Qarabağ" burda dörd qol vurdu deməsinə Pantiç belə cavab verdi:
 
"Ola bilsin ki, "Qarabağ" "Barselona"dan güclüdür. Qol imkanlarımızdan yararlana bilmədik. Olanımız budur".

Xəbər xətti