Abışovsuz "Rubin" darmadağın oldu

01:06 - 7 Aprel 2014

"Zenit"dən inamlı qələbə
 
Rusiya premyer-liqasında 24-cü turun oyunları keçirilir.
 
Sportal.az xəbər verir ki, millimizin müdafiəçisi Ruslan Abışovun komandası “Rubin” səfərdə “Zenit”lə qarşılaşıb və 2:6 hesabı ilə darmadağın olub.
 
Abışov yenidən iştirak ərizəsindən kənarda qalıb.
 
Hazırda “Rubin” 28 xalla yarış cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Xəbər xətti