"Neftçi"də "İnter"lə matçöncəsi ciddi itki

17:11 - 7 Aprel 2014

Kardozo cəzalı durumda
 
Premyer Liqanın 29-cu turunda “Bakı” üzərində qələbə qazanan “Neftçi” aparıcı futbolçularından birini itirib.
 
Sportal.az xəbər verir ki, komandanın əsas müdafiəçilərindən olan Karlos Kardozo cəzalı duruma düşüb.
 
Bertuccinin yoxluğunda sol cinah müdafiəçisi kimi çıxış edən sambaçı bu səbəbdən 30-cu turda “İnter”ə qarşı keçirilən oyunu kənardan izləyəcək. Əvəzində Bruno Bertuccinin cəza müddəti bitib. “Bakı” ilə matçı VİP lojadan izləyən oyunçu 30-cu turda meydançada olacaq.

Xəbər xətti