"Trabzonspor" - "Fənərbaxça" matçının taleyi məlum oldu

18:08 - 8 Aprel 2014

Meydan sahibinə texniki məğlubiyyət verildi
 
Türkiyə Futbol Federasiyası Superliqanın 24-cü tuurnda azarkeşlərin meydana partlayıcı maddə, yad əşya atması səbəbi ilə yarımçıq dayandırılan "Trabzonspor" - "Fənərbaxça" matçı haqqında qərarını verib.
 
Sportal.az xəbər verir ki, federasiya "Trabzonspor"a texniki məğlubiyyət verməklə cəzalandırıb. bununla da 3 xalı aktivinə yazdıran "Fənərbaxça" liderliyini davam etdirir və ən yaxın izləyiciləri "Qalatasaray" və "Beşiktaş"ı 10 xalla qabaqlayır.

Xəbər xətti