"Qəbələ" 5 itki ilə hazırlaşır

16:40 - 9 Aprel 2014

Komanda AZAL-üçün başladı
 
"Xəzər Lənkəran"-"Qəbələ" (1:0) matçının ardından 1 günlük istirahətə buraxılan "qırmızı-qaralar"  bazar ertəsindən etibarən növbəti - XXX turun  hazırlıqlarına start verib.  
 
Sportal.az xəbər verir ki, Yuri Syominin rəhbərliyi altında doğma məkanda baş tutan hazırlıq prosesinə zədəsi olan Omar Kalabane, İbrahima Niasse və Nikola Valentiç  qatılmır. Lorival Assis isə dizindəki ağrılar səbəbindən komandadan ayrı çalışır. Zədəsi ağır olan Nikola Valentiçin aprelin 14-də əməliyyat olunması gözlənilir.
 
"Qəbələ" AZAL-la oyuna zədəlilərdən əlavə daha bir itki ilə çıxacaq. Sarı vərəqə limitini dolduran Lorenzo Ebesilio "təyyarəçilər"lə oyunu buraxacaq.
 
Xatırladaq ki,  "Qəbələ"-AZAL qarşılaşması aprelin 12-də saat 15:00-da Qəbələ Şəhər Stadionunda baş tutacaq. Matç İdman Azərbaycan telekanalı vasitəsilə canlı yayımlanacaq.

Xəbər xətti