PFL bir oyunun keçirilmə tarixini dəyişdirdi

17:10 - 9 Aprel 2014

"Şuşa" - "Neftçala" matçı mayda baş tutacaq
 
“Şuşa” klubunun 3 və daha artıq futbolçusunun çimərlik futbolu üzrə milli yığma komandasının heyətində iştirak edəcəklərini nəzərə alaraq 25-ci turun “Şuşa” – “Neftçala” matçının başqa tarixə keçirilməsini xahiş ediblər. 
 
Sportal.az xəbər verir ki, qarşı tərəfin də razılıq məktubunu nəzərə alaraq futbol üzrə Azərbaycan I divizionunda 25-ci turun “Şuşa” – “Neftçala” matçı 12 aprel 2014-cü il tarixindən 7 may 2014-cü il tarixinə keçirilib.

Xəbər xətti