"Real"da "El Klasiko" öncəsi ağır itki

01:00 - 11 Aprel 2014

Ronaldo bu oyunu buraxa bilər
 
“Real”ın hücumçusu Kriştiano Ronaldo İspaniya kubokunun finalını buraxa bilər.
 
Sportal.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. Portuqaliyalı futbolçunun dizaltı bağlarında problem var və buna görə onun 15 günlüyə sıradan çıxdığı bildirilir. Bununla da Ronaldonun Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda, eləcə də aprelin 16-da İspaniya kubokunun finalında “Barselona”ya qarşı oynamayacağı gözlənilir.   

Xəbər xətti