Premyer Liqada ayın ən yaxşıları eyni komandadan seçildi FOTO

15:21 - 11 Aprel 2014

Suarez və Cerrard hamını qabaqladı
 
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı məşqçisi və futbolçuları müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, “Liverpul”un martda aktivinə 15 xal yazdırıb. Mersisayd klubunun baş məşqçisi Brendan Rocers ən yaxşı çalışdırıcı olub.
 
Onun rəhbərlik etdiyi komanda mart ayında “Sautqempton”, “Mançester Yunayted”, “Kardiff”, “Sanderlend” və “Tottenhem” üzərində qələbə qazanıb.
 
Ötən ay ən yaxşı futbolçuları Stiven Cerrard 4, Luis Suares isə 6 qol vurub.

Xəbər xətti