"Atletiko"ya "Çelsi" ilə matçöncəsi şad xəbər

19:30 - 11 Aprel 2014

Kurtua yarımfinalda forma geyinə biləcək
 
“Çelsi”yə qarşı keçiriləcək yarımfinal oyunlarında “Atletiko” əsas qapıçısı Tibo Kurtuanın xidmətindən yararlana biləcək.
 
Sportal.az xəbər verir ki, belə bir açıqlamanı UEFA verib. "Çelsi"yə məxsus olan belçikalı qolkiperin müqaviləsində göstərilib ki, yarımfinal və ya finalda bu komandalar üz-üzə gələrsə, Kurtua Madrid klubuna yalnız 6 milyon avro qarşılığında kömək edə bilər.
 
Ancaq qitənin ali futbol qurumu rəsmi saytından bu müqavilənin ÇL-də etibarlı olmadığını bildirib. Bu səbəbdən "Atletiko" London təmsilçisi ilə qarşılaşmalarda Kurtua meydanda olacaq.

Xəbər xətti