Millimiz Uruqvay yığması ilə oyundan imtina etdi

14:53 - 13 Aprel 2014

AFFA təklifi qəbul etməyib
 
Uruqvay Futbol Assosiasiyası (AUF) iyunun 3-ü tarixində AFFA-ya milli komandalar arasında yoldaşlıq görüşü keçirməyi təklif edib.
 
Sportal.az xəbər verir ki, ancaq AFFA-nı bu tarix qane etmədiyindən, federasiya təklifi müsbət cavablandırmayıb.
 
Azərbaycan millisi mayın 28-də San-Fransiskoda ABŞ yığması ilə yoldaşlıq oyunu keçirəcək. Bu şəhərdən Uruqvaya 10 saatlıq uçuş vaxtı ərzində çatmaq mümkündü. Lakin AFFA buna razılıq verməyib.

Xəbər xətti