"Qalatasaray" forvardı ilə müqavilə uzatdı

17:23 - 13 Aprel 2014

Burak Yılmaz daha 5 il "sarı-qırmızılılar"da
 
“Qalatasaray” Burak Yılmazla müqaviləni artırıb.
 
Sportal.az xəbər verir ki, artıq futbolçu ilə İstanbul klubu arasındakı sözləşmə 2019-cu ilə qədər nəzərdə tutulub. Forvardın məvacibi də artırılıb. Belə ki, yeni müqaviləyə əsasən əməkhaqqı 2,5 milyon avro olacaq.   Xatırladaq ki, Burak Yılmaz üçün İtaliyadan “Lasio”nun ardından “Fiorentina”dan da təklif gəlmişdi. İtalyanlar onun üçün 10 milyon avro ödəməyə hazır idilər. 

Xəbər xətti