Abışovsuz "Rubin" yenə də məğlub oldu

00:44 - 14 Aprel 2014

Komanda ardıcıl üçüncü məğlubiyyətini aldı
 
Rusiya premyer-liqasında 25-ci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, millimizin müdafiəçisi Ruslan Abışovun komandası “Rubin” öz meydanında “Kuban”a 0:2 hesabı ilə məğlub olub.
 
Abışov yenidən iştirak ərizəsindən kənarda qalıb və bu, "Rubin"in ardıcıl üçüncü məğlubiyyətidir.
 
Hazırda “Rubin” 28 xalla yarış cədvəlinin 10-cu pilləsində qərarlaşıb

Xəbər xətti