Hakan Şükürü yenə "sildilər" FOTO

14:23 - 14 Aprel 2014

Türkiyədə daha bir stadionun adı dəyişdirildi
 
Türkiyə futbolunun canlı əfsanəsi, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) istefa verən müstəqil millət vəkili Hakan Şükürün adı daha bir stadiondan götürülüb. 
 
Sportal.az xəbər verir ki, İstanbulun Esenyurt rayon stadionundan Hakan Şükürün adının olduğu tabel sökülüb. 
 
Məlumata görə, buna Hakan Şükürün AKP-dən istefa verməsi səbəb olduğu bildirilir. 
 
Stadiona yeni ad veriləcəyini bildirən stadion əməkdaşları bunun böyük ehtimalla Turqut Özal olacağını qeyd ediblər. 
 
Ötən həftə də analoji hadisə baş vermiş, Sancaktepedeki stadiondan Hakan Şükürün adı götürülmüşdü. 
 

Xəbər xətti