"Bizim üçün avrokuboklara ən asan yol kubokdan gedir" MÜSAHİBƏ

11:33 - 15 Aprel 2014

Ruslan Tağızadə: "Həm "Qəbələ", həm də "Xəzər Lənkəran" çempionatdakı pis günlərini yaşayır"
 
"Qəbələ"nin gənc futbolçusu Ruslan Tağızadənin Sportal.az-a müsahibəsi:
 
- Sonuncu turda AZAL-ı məğlub edə bilmədiniz. Komandada nə baş verir ki, gündən – günə daha da geriləyirsiniz?
- Komandada hər şey qaydasındadır, heç bir problem yoxdur, sədəcə lazım olan nəticəni qazana bilmirik. “Qara zolağ”a düşmüşük və bu zolaqdan çıxmaq üçün bizə sadəcə bir qələbə lazımdır ki, toparlanaq. Ondan sonra hər şey yaxşı olacaq.
 
- “Qarabağ”la oyundan sonra “razdvalka”da yerli futbolçularla legionerlər arasında qalmaqal yaşandı. Həmin yerli futbolçular legionerlərin meydanda can qoymadıqlarını bildirirlər. Sən necə düşünürsən?
- Hər bir ailədə söz-söhbət olur, bizdə də onun kimi. Amma qaldıki, meydanda can qoymamağa, mən futbolçuyam, bu məsələ haqqında danışa bilmərəm, mənim işim komandama kömək etmək, uğur qazanmaq üçün meydanda can qoymaqdır.
 
- “Qəbələ”nin avrokuboklara gedən yolu yalnız ölkə kubokundan keçir. Bu fikirlə razısan?
- Demək olmaz ki, çempionat əldən gedib, sona qədər mübarizə aparacağıq. Amma bizim üçün, avrokuboklara ən asan yol kubokdan gedir. Buna görə də əsas diqqətimizi kuboka yönəltmişik.
 
- Sabah ölkə kubokunun yarımfinalında “Xəzər Lənkəran”ı qəbul edəcəksiniz...
- Ümumiyyətlə, biz çempionatdan fərqli olaraq, kubokda daha yaxşı oyun göstəririk. İndiki halda, həm “Qəbələ”, həm də “Xəzər Lənkəran” çempionatdakı pis günlərini yaşayır. Bu oyunda hər iki komandanın şansları bərabərdir.
 
- İlk oyununuz Qəbələdə baş tutacaq. Bunun sizin üçün xeyiri varmı?
- Əsas xeyiri o olacaq ki, öz azarkeşlərimizin önündə oynayacağıq.  Öz meydançamızda oynadığımıza görə müdafiədə daha da diqqətli olub qol buraxmamağa çalışmalıyıq. Cavab matçına rahat yollanmaq üçün qol və ya qollar vurub qələbə qazanmalıyıq.
 
- Heyətinizdə Dodo və Ebisilyo kimi təcrübəli legionerlər cəzalı durumdadırlar və sizə kömək edə bilməyəcək. Bu sizin oyununuza necə təsir edəcək?
- Hər ikisi komandanın təcrübəli üzvlərindəndir. Amma inanmıram ki, onların yoxluğu komandaya təsir etsin. Çünki  geniş kollektivə malikik, onların əvəzində kim meydanda olacaqsa, onları layiqli şəkildə əvəzləyəcəklər.
 
- Qış fasiləsində bir neçə iddialı klublardan təkliflər almışdın, amma “Qəbələ”ni seçdin. Hazırda “Qəbələ”ni seçdiyinə görə peşman deyilsən?
- Təkliflər osa da, sonda “Qəbələ”ni seçdim. Hazırda burda da hər şey yaxşıdır. Gözəl kolektivimiz və rəhbərliyimiz var. Bir dənə qaldı, əsas məqsədimiz olan kubokda yarımfinala yüksəlmək, inşallah o da olacaq. Bura gəlməyimə görə peşman deyiləm.
 
Yusif HÜSEYN

Xəbər xətti