"İnter" "Turan-T"-ni darmadağın etdi

11:19 - 15 Aprel 2014

 "İnter"dən böyükhesablı qələbə
 
Bakcell U-17 Liqasında 19-cu turun oyunları keçirildi.
 
"İnter" səfərdə Tovuzun "Turan-T" klubuyla üz-üzə gəldi və bu görüş "Bankirlər"in 0-4 hesablı qələbəsilə başa çatdı.
 
Xatırladaq ki, Vəli Hüseynovun yetirmələrinin aktivində 36 xal var və komanda bu nəticəylə turnir cədvəlində 5-ci yeri tutur.
 
Əlavə edək ki, "İnter" növbəti turda "Şəfa" stadionunda "Neftçi" komandasıyla qarşılaşacaq.

Xəbər xətti