Azərbaycan kubokunda 1/2 həyəcanı:"Qəbələ" "Xəzər Lənkəran"ı darmadağın etdi, "Neftçi" "Rəvan"la bacarmadı YENİLƏNİB

20:50 - 16 Aprel 2014

Bölgə derbisində kim qalib gələcək?
 
Bu gün futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinə start verilir.
 
Sportal.az xəbər verir ki, qarşılaşmalardan biri bölgədə, digəri isə paytaxtda baş tutacaq.
 
İlk oyun Qəbələdə keçiriləcək. "Qəbələ" doğma meydanda "Xəzər Lənkəran"ı qəbul edəcək. "Bakcell Arena"da keçiriləcək digər qarşılaşmada isə "Neftçi" və "Rəvan" komandaları üz-üzə gələcək.
 
Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları aprelin 24-də keçiriləcək.
 
16 aprel (çərşənbə)
 
“Neftçi” – “Rəvan” 1:1 
Qollar: Araz Abdullayev,52 - Tyaqo Souza,90
Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, Zeynal Zeynalov, Fariz Yusifov
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Ramil Diniyev
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Məlik Həsənov 
“Bakcell Arena” stadionu, 19:00
 
“Qəbələ” – “Xəzər Lənkəran” 3:0
Qollar: Nizami Hacıyev,53,72, Mendi,59
Hakimlər: Rəhim Həsənov. Yaşar Abbasov, Akif Əmirəli, Ömər Paşayev
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Şahin Cəfərov 
Qəbələ şəhər stadionu, 16:00

Xəbər xətti