"Qəbələ"nin futbolçusu Sportal.az-a danışdı: "Hələlik demək olmaz ki, "Qəbələ" finaldadır"

18:30 - 16 Aprel 2014

Subotiç:"Final yolunda böyük addım atdıq"
 
"Artıq oyun udmaq vaxtı gəlib çatmışdı, xüsusi ilə də öz azarkeşlərimizin önündə. Yaxşı oynadıq, istədiyimiz oyunu sərgiləyə bildik. Final yolunda böyük addım atdıq. Amma hələlik demək olmaz ki, "Qəbələ" kubokun finaldadır. Lənkəranda bizi çətin qarşılaşma gözləyir. Sadəcə həmin oyuna da ciddi şəkildə yanaşmalıyıq. Bugünki kimi istəkli olmalıyıq. Daha sonra deyə bilərik ki, "Qəbələ" finaldadır."
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Xəzər Lənkəran"la matçdan sonra açıqlamasında "Qəbələ"Nin futbolçusu Daniel Subotiç bildirib. O, günün digər qarşılaşması "Neftçi" - "Rəvan" matçına da şərh bildirib:
 
"Düzü, bu oyun məni də elə maraqlandırmır."Neftçi" bu oyunun favoriti sayılsa da, "Rəvan" futbol oynadıqlarını göstərə bilib".

Xəbər xətti