Syomin: "Nizami Hacıyevdən narazı idim"

18:46 - 16 Aprel 2014

"Finaldakı rəqibimiz kim olacaq?"
 
“Qəbələ” klubunun baş məşqçisi Yuri Syomin kubokun yarımfinalında “Xəzər Lənkəran” üzərində qazanılan 3:0 hesablı qələbədn sonra fikirlərini bölüşüb.
 
Sportal.az xəbər verir ki, rus məşqçi belə danışıb:
 
“Finaldakı rəqibimiz kim olacaq? Mən bu barədə düşünmürəm. Qarşıda çempionat oyunumuz var. Onu fikirləşirəm. Bəli, bu gün yaxşı oynadıq. Müdafiədə səhvimiz olmadı. Nizami Hacıyevdən narazı idim. Amma bu gün yaxşı oynayıb, iki qol vurdu. Kubok iki oyundan ibarətdir. Biz cavab oyununa ciddi yanaşmalıyıq”.

Xəbər xətti