"Neftçi"nin braziliyalısı sıradan çıxdı

00:03 - 17 Aprel 2014

Bertuççi zədələndi
 
"Neftçi" dünən kubokun yarımfinalında qarşılaşdıqları "Rəvan"la matçdan sonra ciddi itki ilə üzləşib.
 
Sportal.az xəbər verir ki, komandanın aparıcı üzvlərindən sayılan Bruno Bertuççi zədələnərək oyunu yarımçıq tərk etdi.
 
Onun nə qədər müddətliyinə sıradan çıxdığı isə bu gün həkim müayinəsindən sonra bilinəcək.

Xəbər xətti