"Qəbələ", "Qarabağ" və AZAL-ın futbolçuları fərqləndilər

12:07 - 17 Aprel 2014

Reynaldo, Subotiç və Oluremi mükafatlandırılıb
 
Azərbaycan Premyer Liqasında ötən ilin dekabr və bu ilin fevral və mart aylarının ən yaxşı oyunçularının adları açıqlanıb.  
 
Sportal.az xəbər verir ki, ötən ilin dekabr ayının ən yaxşı futbolçusu "Qəbələ"nin hücumçusu Daniel Subotiç seçilib.
 
"Qarabağ"ın yarımmüdafiəçisi Reynaldo isə bu ilin mart və fevral aylarının ən yaxşısı olub. Qeyd olunan aylarda vurulmuş ən gözəl qolların müəllifləri də müəyyənləşib.
 
AZAL-ın futbolçusu Con Oluremi dekabr və mart aylarının ən yaxşı qollarının müəllifi seçilib. "Qarabağ"ın braziliyalı futbolçusu Reynaldo isə fevral ayının ən yaxşı qolunun müəllifi olub.
 
Qeyd edək ki, ötən ayların ən yaxşı oyunçuları 1500 manat, ən yaxşı qolların müəllifləri isə 1000 manat dəyərində pulla mükafatlandırılıblar. 

Xəbər xətti