"Mustafa Dənizli kuboku qazanmağa söz vermişdi"

14:30 - 17 Aprel 2014

Hüseyn Cəbrayıloğlu: "Bu gün komandada toplantı olub"
 
"Bu gün komanda daxili toplantı olub. Toplantı komandadaxili olduğu üçün iclasda nəyin müzakiə olunduğunu açıqlamaq istəmirəm. Komanda hazırda Lənkərana yola düşüb".
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu bildirib. O, komandanın dünən kubokun yarımfinalında "Qəbələ"yə 3:0 hesabı ilə məğlub olmasına da belə şərh verib:
 
"Bu məğlubiyyətə şərh verməyim düzgün olmazdı. Mustafa Dənizli bura dəvət olunanda bilirdi ki, əsas hədəfimiz mükafatçılar sırasına düşmək və kubok qazanmaq idi. Dənizli bunu edəcəyinə söz vermişdi. Futbolda hər şey mümkündür,  inanırıq ki, Dənizli öz təcrübəsindən istifadə edib komandanı cavab oyununa tam hazırlayacaq".

Xəbər xətti