Əsgər Abdullayevi fikirləşdirən 4 problem

10:50 - 18 Aprel 2014

Komandada kifayət qədər itki var
 
Aprelin 19-da "Araz-Naxçıvan" PFK Azərbaycan I Divizionunun 26-cı turunda “Göyəzən”i qəbul edəcək.
 
Sportal.az xəbər verir ki, bu matçın hazırlıqlarını davam etdirən muxtar respublika təmsilçisi Qazax təmsilçisinə qarşı oynanılacaq matça Naxçıvan təmsilçisi itkilərlə çıxacaq. Belə ki, 4 oyunluq cəza alan Bəxtiyar Soltanovla yanaşı, müdafiəçi Ruslan Abıyev də oyunu buraxmalı olacaq. “Lokomotiv”lə görüşdə birbaşa qırmızı vərəqə alan müdafiəçibir oyunluq cəzalanıb. Müdafiədə boşluqlar bununla kifayətlənmir. Sol cinahda forma geyinən Əlimirzə Daşzərini də sarı vərəqə limitinə görə oyunu azarkeş qismində izləyəcək. “Lokomotiv”lə matç muxtar respublika təmsilçisi üçün arzuolunan sonluqla başa çatsa da, bir çox futbolçunu itirmək məcburiyyətində qaldı. Yarımmüdafiə xəttində Akif Tağıyevin də yoxluğu baş məşqçi əsgər Abdullayevi qayğılandırmaya bilməz.

Xəbər xətti