Kubok oyunlarında ən ağır cəza Allahverdiyevə verildi, "Neftçi", "Qəbələ" və "Xəzər Lənkəran" cərimələndi

11:24 - 18 Aprel 2014

"Qəbələ"nin futbolçusu Premyer Liqada da oynaya bilməyəcək
 
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Sportal.az  çıxarılmış qərarları təqdim edir:
 
“Neftçi” - “Rəvan” matçının 52-ci dəqiqələrində “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub.
 
Oyun başa çatdıqdan sonra “Neftçi”nin azarkeşləri meydanı tərk edən rəqibin futbolçularına əşyalar atıqları üçün klub 2000 manat cərimə olunub.
Oyun başa çatdıqdan sonra dəhlizdə kənar şəxslər olduğu və təhlükəsizlik təmin olunmadığına görə “Neftçi” klubu 5000 manat cərimə olunub.
“Qəbələ” - “Xəzər Lənkəran” matçının 1-ci və 2-ci dəqiqələrində “Qəbələ”nin azarkeşləri,  42-ci dəqiqəsində “Xəzər Lənkəran”ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən isitifadə edildiyi üçün hər iki klub 1000 manat cərimə olunub.
 
Oyunun 5-ci və 8-ci dəqiqələrində “Qəbələ”nin azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.
Oyunun 63-cü dəqiqəsində “Qəbələ”nin məşqşisi Andrey Syomin texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq  cəzalanıb, klubu 1000 manat cərimə olunub.
 
Oyundan əvvəl cəzalı olduğu üçün matçda iştirak etmək hüququ olmayan “Qəbələ”nin futbolçusu Elnur Allahverdiyev geniş kütlə qarşısında oyunun baş hakimini təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klubu 10000 manat cərimə olunub. Futbolçuya verilmiş 5 oyunluq cəza Premyer Liqa matçlarına şamil edilir.

Xəbər xətti