Daha bir gənc futbolçu dünyasını dəyişdi

13:08 - 19 Aprel 2014

"Vest Hem"in gənc futbolçusu xərçəng xəstəliyinin qurbanı oldu
 
Dünya futbolunda daha bir gənc futbolçu dünyasını dəyişib. 
 
Sportal.az xəbər verir ki, İngiltərənin "Vest Hem" klubunun 20 yaşlı üzvü Dilan Tombides vəfat edib. 
 
Onun ölümünə xərçəng xəstəliyi səbəb olub. Böyük gələcək vəd edən forvard "Vest Hem"in əsas heyətində 2012-ci ilin sentyabrında Liqa Kubokunun oyununda debüt etmişdi. 
 
Əvvəllərdə Dilana xərçəng diaqnozu qoyulmuşdu,lakin daha sonra  futbolçu sağalaraq meydana qayıtmışdı. Lakin o, yenidən xəstəxanaya düşüb və bu dəfə ölümdən yaxa qurtara bilməyib. 

Xəbər xətti