"Neftçi" və "Qarabağ" məğlubiyyətlə üzləşdi, AZAL yenə heç-heçə etdi YENİLƏNİB

19:55 - 20 Aprel 2014

"İnter" "Bakı"nı darmadağın etdi
 
Bu gün Azərbaycan Premyer Liqasında XXXI turun oyunları keçiriləcək.
 
 
Sportal.az xəbər verir ki, üç oyun Bakıda, ikisi isə paytaxtdan kənarda olcaq. İlk oyun “Bakı” və “İnter” arasında baş tutacaq. Mükafatlar uğrunda mübarizə aparan paytaxt təmsilçiləri üçün qarşılaşma böyük əhəmiyyət kəsb edir. Bu mövsüm rəqibini üstələyə bilməyən “Bakı” uğursuz seriyanı qıra bilməsə də mükafat ümidini minimuma endirəcək.
 
2-ci yer uğrunda mübarizə aparan “İnter”in xal itkisi “Neftçi” və “Qəbələ”nin lehinədir. Hər iki komanda turnir cədvəlinin autsayderiylə qarşılaşacaq. Gümüşə əsas namizəd olan iki paytaxt təmsilçisinin uduzması isə “Qarabağ”ın işinə yaraya bilər. Cari mövsüm qapısına yol tapa bilmədiyi “Simurq”un qonağı olan Ağdam təmsilçisi əsas rəqiblərin xal itkisindən sonra çempionluğa bir addım da yaxınlaşacaq. 
Turun son oyunu Lənkəranda baş tutacaq. Cari mövsüm uğursuz çıxış edən “Xəzər Lənkəran”la AZAL növbəti duelə çıxacaq. 
 
 
 
XXXI tur 
 
20 aprel (bazar)
 
15:00. “Bakı” – “İnter” 0:4 
Qol: Derlis Meza Kolli, 11, Baçana Çxadadze, 51,  Migel Alvaro, 80, Vaqif Cavadov: 87  
Qırmızı vərəqə:  Araujo Santos, 72 
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rza Məmmədov, Ramiz Məhərrəmov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Əhmədov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
 
17:00. “Rəvan” – “Qəbələ” 1:2 
Qol: Viktor Mendi, 38, Ürfan Abbasov, 41, Yamin Ağakərimzadə, 85
Hakimlər: Vüsal Əliyev, Nahid Əliyev, İsgəndər Əliyev, Sərxan İsmayılov
“Bayıl Arena” stadionu
 
17:00. “Simurq” – “Qarabağ” 1:0 
Qol: Draqan Çeran, 33
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Mübariz Haşımov, Tahir Əhmədov
Zaqatala şəhər stadionu
 
17:00. “Neftçi” – “Sumqayıt” 1:3 
Qol: Mirzağa Hüseynpur, 19 , Uğur Pamuk, 59, Pərdis Fərcad-Azad, 78,  Ruslan Qurbanov, 90+2  
Hakimlər: Elvin Əsgərov, Elşən Acalov, Coşqun Həsənov, Alik Yunusov
“Bakcell Arena” stadionu
 
18:00. “Xəzər Lənkəran” – AZAL 1:1 
Qol: Sadio Tounkara, 7,  Con Oluremi, 30 
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Azər Əsgərov, Nail Nağıyev
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Feyzulla Feyzullayev
“Xəzər Lənkəran” mərkəzi stadionu

Xəbər xətti