Kurtua “Çelsi”yə qarşı oynayacaq

14:15 - 20 Aprel 2014

Tərəflər razılığa gəldilər
 
“Atletiko”nun qapıçısı Tibo Kurtua “Çelsi” ilə yarımfinal oyunlarında meydana çıxa biləcək.
 
Sportal.az xəbər verir ki, tərəflər artıq bununla bağlı tam razılığıa gəliblər. Razılaşmanın maliyyə tərəfləri barədə məlumat yoxdur. Xatırladaq ki, UEFA qapıçının oynamasını tələb etmiş, London təmsilçisi isə icarənin müddətinin uzadılmasında problemlər yaradacağı ilə madridliləri hədələmişdi.
 
Ancaq klublar arsında danışıqlar müsbət nəticələnib. Yayılan xəbərlərə görə, “Atletiko”nun “Çelsi”yə kompensasiya olaraq icarə müddətinin uzadılması zamanı ödəniləcək məbləği artıracaq.

Xəbər xətti