Mourinyo hakimləri ittiham etdi

14:47 - 20 Aprel 2014

"Hakimlər departamentinin rəhbəri Mayk Raylini təbrik edirəm"
 
 
Cari müvsüm ilk ev məğlubiyyətini “Sanderlend” qarşısında alan “Çelsi” çempionluq yolunda ağır zərbə aldı.
 
 
Sportal.az xəbər verir ki, oyundan sonra “Çelsi”nin baş məşqçisi Joze Mourinyo məğlubiyyətin səbəblərini açıqlayıb. Portuqaliyalı mütəxəssis uğursuzluğu hakimlərin ayağına yazıb:
 
“Vaxt itirmək istəmirəm və dərhal mətləbə keçəcəyəm. Hakimlər departamentinin rəhbəri Mayk Raylini təbrik edirəm. Onun hakimlərinə verdiyi tövsiyələr komandalara ağır başa gəlir. Bu gün də biz bunun acısını çəkdik. Hakimin bəzi yanlış qərarları komandamın oyununa təsir etdi. Hər halda məğlub olsaq da futbolçularımın göstərdiyi şücayətə görə onları alqışlayıram. Hamısı qələbə qazanmaq üçün əlindən gələni etdi. Ancaq çempionat davam edir və indidən hələ kimn çempion olacağını demək olmaz. Kim bizi bu siyahıdan silirsə yanlışlığa yol verir”.   

Xəbər xətti