"Mançester Yunayted" Moyesi yola salır

19:45 - 21 Aprel 2014

"Qırmızı şeytanlar" baş məşqçi axtarışında 
 
“Mançester Yunayted” rəhbərliyi mövsümün sonunda baş məşqçi Devid Moyeslə yolları ayıracaq.
 
Sportal.az xəbər verir ki, Ser Aleks Fergüson baş məşqçi postunun tərk edəndən sonra komanda özünə gələ bilmir. Onu əvəzləyən Moyes də komandanı uğursuzluqdan çıxarmaqda çətinlik çəkir. Onun başçılığı altında cari mövsüm ən ağır günlərini keçirən “qırmızı şeytanlar” bu gedişlə avrokuboklardan kənarda qala bilər.
 
Hazırda 57 xalla Premyer Liqada turnir cədvəlinin 7-ci pilləsində qərar tutan komandanın uğursuz çıxışını Moyesin ayağına yazırlar. Odur ki, klub rəhbərliyi indidən onu baş məşqçi postunda əvəzləyə biləcək mütəxəssis axtarışına çıxıb. Artıq bu posta namizədlər siyahısında tanınmış məşqçilərin adları var. Belə ki, növbəti mövsüm “Mançester Yunayted”ə Yurgen Klopp, Loran Blan, Dieqo Simone  və Lui van Qal başçılıq edə bilər.               
Devid Moyesin İngiltərə klubu ilə müqavilə müddəti 2016-cı ilin yayında başa çatır.  

Xəbər xətti